“Yeşilçam”ın aktrisası vəfat etdi

“Yeşilçam”ın məşhur aktrisalarından olan Hayal Sirer vəfat edib.

Yenicag.az xəbər verir ki, aktrisa 77 yaşında dünyasını dəyişib. Onun uzun müddətdir ürəkçatışmazlığından əziyyət çəkdiyi bilinirdi.

Qeyd edək ki, karyerası ərzində bir çox layihədə rol alan Hayal Ayhan Işık, Ediz Hun, Hülya Koçyiğit və Serdar Gökhan kimi aktyorlarla birgə rol alıb. “Herkesin sevgilisi”, “Boş beşik”, “Söz müdafaanın”, “Kalbimin efendisi” onun rol aldığı ekran işlərindən yalnız bir neçəsidir./Axşam.az/