Yevlax sakini yanaraq öldü

yanan-qadinoldusdfgYevlax sakini faciəli şəkildə ölüb.

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Tanrıqulular kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Azadə Həsənova bir neçə gün əvvəl gecə saatlarında əlində çıraqla yaşadığı evin həyətindəki mal tövləsinə girərkən yıxılıb. Yıxılan zaman qadının əlindəki çırağın içərisindəki neft üstünə dağılıb və alışaraq yanıb.

Yaxınları tərəfindən ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan A. Həsənova noyabrın 13-də orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.