Yevlaxda 2 otaqlı evdə yanğın baş verdi

Yevlax şəhərinin Nəmirli kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli, 2 otaqlı evin (daşıyıcı divarları saman və doldurma palçıqdan ibarət) yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.