Yevlaxda 4 otaqlı yaşayış evi yandı

Yevlax şəhərində ümumi sahəsi 135 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.