Yevlaxda ağır qəza – Xəsarət alanlar var

Yevlax rayonunda yük və minik avtomobilləri toqquşub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsində, yolun Ağdaş rayonu istiqamətinə dönən hissəsində baş verib.

Belə ki, “Qazel” markalı yük maşını “VAZ-21099” markalı minik avtomobilinə çırpılıb. Minik maşını qismən yük maşınının altına düşüb. Qəza nəticəsində iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır./Report/