Yevlaxda ağır yol qəzası – 4 yaralı

Yevlax rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza baş verən ərazəyə DYP əməkdaşları və təcili tibbi yardım biriqadası cəlb olunub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılardan üçü Mingəçevir, biri isə Yevlax rayon xəstəxanasına yerləşdirilib.

Onları vəziyyəti stabil olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.