Yevlaxda ağır yol qəzası – Yaralılar var

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Yenicag.az xəbər verir ki, hadisə rayonun Səmadabad kəndində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər – 1975-ci il təvəllüdlü Elvin Məmmədov və 1965-ci il təvəllüdlü Fərhad Sultanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Report/