Yevlaxda baş verən avtoqəzada bir nəfər ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 7-də saat 23 radələrində rayon ərazisində Z.Hüseynov idarə etdiyi “Niva-Chevrolet” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişini Məhəmməd Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.