Yevlaxda dəhşətli qəza: 3 nəfər ölüb

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Qaraməmmədli kəndi yaxınlığında iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər həlak olub.

Hazırda ölən şəxslərin kimliyi müəyyənləşdirilir. Qəzanın səbəbi araşdırılır.