!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yevlaxda dəhşətli qəza: 3 yaşlı uşaq öldü-Yenilənib

!Reklam – Yazi

d3d87997ec431c1ba2db94504806cafeAzərbaycanın Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 yaşlı oğlan ölüb, 3 nəfər ağır xəsarət alıb.

Bakı-Qazax magistralının 281-ci kilometrliyində, Yevlax rayonu ərazisində Zinharov Şaiq Türen oğlunun idarə etdiyi 90-DO-361 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn, Rəhman Yaqub oğlu Əliyevin idarə etdiyi 90-DA-851 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşını ilə toqquşub.

Nəticədə “VAZ 2106”-dakı sərnişin, 2012-ci il təvəllüdlü Yusifzadə Hüseyn Teymur oğlu ölüb. Avtomobildəki digər sərnişinlər – 2002-ci il təvəllüdlü Yusifzadə Sabir Teymur oğlu, 1950-ci il təvəllüdlü Əliyev Rəhman Yaqub oğlu və 1950-ci il təvəllüdlü Fəridə Zeynalova müxtəlif bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.

***

Yevlax Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən və koma vəziyyətində olan “VAZ 2106” markalı minik avtomobilinin sürücüsü, Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Rəhman Əliyev orada ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, xəstəxananın reanimasiya şöbəsində olan Bakı sakini 65 yaşlı Fəridə Zeynalova hazırda komadadır , travma şöbəsində müalicə olunan Gəncə sakini, 13 yaşlı Sabir Yusifzadənin vəziyyəti stabildir.

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv