Yevlaxda hərbçilərin olduğu avtomobil qəzaya düşdü

Yevlaxda içərisində hərbiçilərin olduğu minik avtomobili idarəetmədən çıxaraq məktəbin həyətinə düşüb.

Yenicag.az-ın “Unikal”a istinadən məlumatına görə, hadisə axşam saatlarında Xaldan qəsəbəsində, orta məktəbin qarşısında baş verib.

Önünə qəfil çıxan maşından yayınmaq istəyən “Opel” idarəetmədən çıxaraq məktəbin dəmir hasarına çırpılıb və təhsil ocağının həyətinə düşüb.

Xoşbəxtlikdən maşında olan hərbçilər xəsarət almayıblar.

Amma təxminən 10 metrlik dəmir hasar və qəzaya uğrayan avtomobil ciddi zərər görüb.

Faktla bağlı araşdırma aparılır.

COP29