!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yevlaxda kasetli bomba PARTLAYIŞI: "Qurumların səhlənkarlığının nəticəsidir" - Hərbi ekspert

!Reklam – Yazi

“Yevlaxda baş verən partlayış qurumların səhlənkarlığının nəticəsidir”.

Bunu II Qarabağ Müharibəsi zamanı Yevlax rayonu ərazisinə düşmüş kasetli bombanın partlaması və hadisə zamanı bir nəfərin həlak olmasına münasibət bildirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) müharibə vaxtı öz işinin öhdəsindən gələ bilməyib:

“Peşəkar mütəxəssislər var ki, onları yenidən orduya və yaxud ANAMA-ya dəvət etmək lazımdır. Müharibə vaxtı mütəxəssisləri cəlb etdilər, daha sonra onları tərxis etdilər. Səbəb kimi isə həmin mütəxəssislərin illər öncə hansısa cinayət işinin olmasını, xidməti uyğunsuzluqla ordu sıralarından xaric edilməsini göstərdilər. Onların hamısı ilə ayrılıqda söhbət edib, onlardan istifadə etmək lazımdır. ANAMA-da və Fövqəladə Hallar Nazirliyində mütəxəssis çatışmazlığı hiss olunur. əsas qüvvəni işğaldan azad edilmiş ərazilərə göndərirlər. Hesab edirəm ki, orada iş görmək üçün də mütəxəssis sayı kifayət etmir. Xarici mütəxəssisləri də cəlb ediblər. Ancaq hiss olunur ki, onların sayı da bəs etmir.

Yevlaxda baş verən hadisə müharibə vaxtı qurumların səhlənkarlğının nəticəsidir. Raketlər, mərmilər hara düşürdüsə, araşdırılmalı idi. Yevlaxda baş verən partlayış qurumların səhlənkarlığının nəticəsidir. Müharibə gedən zaman hansı əraziyə raket düşməsini yerli əhali belə dəqiq bilirdi. Görünür, raketlərin düşdüyü əraziyə baxış keçirilməyib.

Ən vacibi odur ki, biz mütəxəssislərimizdən istifadə etmirik. Mütəxəssislər var, qurumların qapısına ayaq döyür ki, bizi işə götürün, ancaq qurumlar onları işə qəbul etmirlər. Müharibə bitib, ancaq mühəndis istehkamçılar üçün heç vaxt müharibə bitmir. Uzun illər onlar həyatları təhlükədə işləməli olacaqlar”.

Səxavət Məmməd

www.yenicag.az

987
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv