Yevlaxda maşın işıq dirəyinə çırpıldı – Yaralanan var

Yevlaxda idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb. Qəza nəticəsində bir nəfər yaralanıb. 

Yenicag.az-ın məlumatına görə, hadisə Hacıselli kəndi yaxınlığında baş verib. Belə ki, idarəetmədən çıxan “VAZ 2109” markalı maşın sərt şəkildə işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 1986-cı il təvəllüdlü Ağdaş rayon sakini Mustafayev Maqsud Əhmədiyə oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./unikal