Aprelin 5-i axşam saatlarında Yevlax rayonunda avtomobil tərəfindən vurulan piyada bu gün xəstəxanada dünyasını dəyişib.
Yenicag.az “Report”a istinadən xəbər verr ki, 1976-cı il təvəllüdlü Havarlı kənd sakini Məmmədov Eldəniz Şahlar oğlu həmin kənddə yolu keçərkən “Opel” markalı avtomobil tərəfindən vurulub.
Yaralı 5 gün xəstəxanada müalicə alıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.