!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yevlaxda məcburi köçkünlər istiliklə sınağa çəkilir - VİDEO

!Reklam – Yazi

Yevlax rayonunda yerləşən 615 ailənin məskunlaşdığı məcburi köçkünlər üçün qəsəbə bu il istiliyə həsrət qalıb.

Qəsəbə sakinlərinin Yenicag.az-a verdiyi məlumata görə, Yevlax rayon İstilik Sistemləri İstismar Sahəsi qəsəbəyə istilik vermir.

Qəsəbə sakinlərinin sözlərinə görə, dəfələrlə Yevlax rayon İstilik Sistemləri İstismar Sahəsinə və aidiyyatı qurumlara müraciət etsələr də, istiliyin verilməsi bərpa olunmayıb.

Əldə etdiyimiz məlumata görə, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi hər ay Yevlaxdakı “istilik idarəsi”nə 18 min manat vəsait ödəsə də, qəsəbənin istiliyi təmin edilməyib.

Məsələ ilə bağlı Yevlax rayon İstilik Sistemləri İstismar Sahəsi ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verilmədi.

www.yenicag.az

3147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv