!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yevlaxda piyadanı maşın vuraraq öldürdü

!Reklam – Yazi

Yevlax şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin “Üç yol” deyilən ərazisində qeydə alınıb.

Yevlax sakini, 1984-cü il təvəllüdlü Xaqani Tapdıq oğlu Məmmədov yolu keçmək istəyən zaman, şəhər sakini, 1958-ci il təvəllüdlü Telman Təyyar oğlu Allahverdiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil onu vurub. Ağır xəsarət alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

6908
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv