Yevlaxda QƏZA: Ölən və xəsarət alanlar var 

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində, Salyan rayon sakini, 1985-ci il təvəllüdlü G.Kərimova hadisə yerində dünyasını dəyişib.

Daha yeddi nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar.

Onlardan bir neçəsi bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.