Yevlaxda soyğunçuluq edən şəxs tutuldu – FOTO

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefonu soyğunçuluq yolu ilə mənimsəyən İlqar Baxşalıyev tutulub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, o, dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Ələ keçirdyi mobil telefon polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

COP29