Yevlaxda uşaq bağçasında yanğın olub

Yevlaxda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsindəki xidməti otaqda yataq dəstləri yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.