Yevlaxda yaşayış binasında yanğın baş verdi

Yevlax şəhərində ümumi sahəsi 3150 kv.m olan (hər mərtəbəsi 1050 m²) üçmərtəbəli binanın 3-cü mərtəbəsində sahəsi 49 kv.m olan otaqda 1 ədəd kondisioner və 1 ədəd dolab yanıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb