Yevlaxda yaşayış evi yanıb

yangin ev dcfvg03Yevlax şəhərində ev yanıb.

Bu haqda məlumatı FHN yayıb.

Məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində aynabəndin yanar konstruksiyaları 80 kv.m və dam örtüyü 130 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.