!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yığma komandamızı 2017-ci ildə nə gözləyir?

!Reklam – Yazi

atf“Ölkəmizdə keçirilən Qran-pri yarışlarının finalı və komandalararası Dünya çempionatı, ümumiyyətlə, bitməkdə olan il taekvondoçularımız üçün uğurla başa çatdı”.

Bunu ilin yekunu ilə bağlı danışan Azərbaycan Teakvondo Federasiyasının icraçı vitse-prezidenti Nağı Səfərov deyib.

15683235_1183944368360307_789527157_n

 

Qurum rəsmisi Yeniçağ.Az-a açıqlamasında gələcək planlara da toxunub:

“Olimpiya oyunlarında iştirak hüququ qazanandan arzulayırdıq ki, heç olmasa bir medalımız olsun. Onu da bu il Radik İsayevlə gərçəkləşdirə bildik. Bundan əlavə “bürünclər”də qazandıq.

2017-ci il üçün olan planlarımızda komandaya yeni idmançıların cəlb olunması var. Azərbaycan çempionatına həm legionerlər, həm də milli oyunçular cəlb ediləcək. Onların da nəticəsinə əsasən yığmaya yeni adlar gələcək. Kişilərdə 54 kq., 58 kq., 63 kq. çəki dərəcələrində rəqabət olacaq. Digər idmançılarımız arasında da gərgin mübarizələr gözləyirik. Güman ki, baş məşqçimizin göstərişi ilə Olimpiya iştirakçısı olan idmançılara istirahət veriləcək, onlar yarışa qatılmayacaqlar.

Bundan əlavə İslam Oyunlarına da hazırlıq gedir. Bu yarışda komanda hesabında I yer tutmağı qarşımıza məqsəd qoymuşuq. 2017-ci ildə bizi Dünya çempionatı kimi məsul yarış gözləyir”.

Aygün İlqarqızı
Yeniçağ.Az

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv