Həndbol üzrə 18 yaşadək oğlanlar arasında keçiriləcək EHF çempionatının püşkü atılıb.
Yenicag.az-ın məlumatına görə, 16 illik fasilədən sonra Azərbaycan yığması da qitəmiqyaslı yarışda iştirak edəcək.
Vyanada baş tutan püşkün nəticəsinə əsasən, milli Monteneqroda keçiriləcək çempionatda qüvvəsini sınayacaq. Yığma 8 komandanın mübarizə aparacağı turnirdə Latviya, Lüksemburq və Rumıniya ilə birgə B qrupunda yer alıb. A qrupunda isə ev sahibləri ilə yanaşı, Niderland, Türkiyə və Kosova qüvvəsini sınayacaq.
Matçlar 2020-ci il avqustun 17-23-də olacaq.
Qeyd edək ki, bu yaş qrupunda Azərbaycan yalnız AVRO-2004-in seçmə oyunlarında qüvvəsini sınayıb.