Türkiyədə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama matçını keçirib.
Yenicag.az xəbər verir ki, yığma İstanbulda “Fənərbaxça” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma voleybolçularımız üçün yaxşı başlayıb. Təmsilçimiz ardıcıl 2 setdə rəqibindən üstün olub – 25:22, 25:23.
Lakin növbəti hissələrdə rəqib təşəbbüsü ələ alıb və status-kvonu bərpa edib – 25:17, 25:23.
Komandalar qarşılıqlı razılığa əsasən tay-breki oynamayıblar və yığma Vasif Talıbovun rəhbərliyi altında ilk qarşılaşmanı qələbəsiz başa vurub – 2:2.
Qeyd edək ki, Olimpiya təsnifat turnirinə hazırlaşan millimiz qardaş ölkədə daha bir sınaq oyunu keçirəcək. Rəqib “Türk Hava Yolları” olacaq. (apasport.az)