!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yığmamızın üzvü Çempoionlar Liqasında ikinci oldu

!Reklam – Yazi

Qadın voleybolçular arasında Çempionlar Liqasında qrup mərhələsi başa çatıb. Yeniçağ.az xəbər verir ki, Azərbaycanı yarışda təmsil edən hər iki komandamız pley-offa adlaya bilməyib. “Telekom” qrup sonuncu olduğu halda, “Azərreyl” ikinci yeri tutsa da, yeni reqlamentə görə, növbəti mərhələyə adlaya bilməyib.

Bununla belə, Bakı təmsilçilərinin oyunçuları turnirdə fərqlənə biliblər. “Azərreyl”in və millimizin üzvü Valeriya Məmmədova qrup mərhələsində topu ən yaxşı qəbul edənlər siyahısında ikinci olub. Təcrübəli liberomuz 42,86 faiz göstərici ilə yadda qalıb. Məmmədova yalnız İsveçrənin “Volero” klubunun üzvü 47,50 faiz göstəriciyə malik Dobriana Rabadziyevadan geri qalır.

Bu mərhələdə fərqlənənlər sırasında “Telekom”un da oyunçusu yer alıb. Komandanın üzvü Olena Həsənova 29 xalla ən yaxşı blokçular sırasında üçüncü olub.

Həmçinin, ən məhsuldar oyunçular sırasında Katerina Jidkova 96 xalla 18-ci, Yelizaveta Səmədova isə 94 xalla 20-ci pillədə qərarlaşıblar.

Yeniçağ.az

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv