Yıldırım: ABŞ siyasəti bölgədəki sülh və sabitliyə töhfə vermir

ABŞ siyasəti regionda sülhün və sabitliyin təmin edilməsinə töhfə vermir.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım CNN telekanalına verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, PKK terror təşkilatı və onun Suriya qolu YPG və PYD, Türkiyənin milli təhlükəsizliyinə birbaşa təhdid edir.

“Bütün bunlar Türkiyə üçün təhlükəli olan Marksist-Leninist yönümlü Kürt qruplarıdır. Ancaq İŞİD terroristləri ilə mübarizə üçün USA onlarla əməkdaşlıq edir. Hesab etmirəm ki, Vaşinqtonun bu siyasəti regionda sülh və sabitliyə kömək edəcək”, – deyə, Yıldırım bildirib.

Türkiyə ilə İran arasındakı əlaqələr mövzusuna şərh verən Yıldırım, son 500 il ərzində iki qonşu ölkə arasında heç bir müharibə olmadığı vurğulayıb.

“Ankaranın regional məsələlərə yanaşması son dərəcə aydındır. Bölgədə İslamın hər hansı istiqamətini yaymağa çalışmaq səhv hesab edirik. Bu, bölgədəki sülhün, əmin-amanlığın və sabitliyin təmin olunmasına müsbət təsir göstərməyəcək. Buna görə bölgədə şiəliyin yayılmasının çox təhlükəli olduğunu düşünürük. Dini qarşıdurmanın miqyasını və nəqədər sürəcəyini öncədən görmek mümkün olmayacaqdır. Buna görə də, zaman zaman Türkiyə bu cür təşəbbüsləri dəstəkləməkdən çəkinməyə ehtiyac duyduqlarını İrana dostcasına xəbərdar edir “, – Yıldırım deyib.

Vaşinqtonun Tehranla bağlı siyasətinə gəldikdə, Yıldırım, ABŞ və İran arasındakı əlaqələrin İraqın ABŞ tərəfindən birinci və ikinci işğalından sonra xüsusilə gərginləşdiyini xatırladıb.

“Obama rəhbərliyi Birləşmiş Millətlərin Təşkilatının daimi üzvləri ilə yanaşı Almaniya da daxil olmaqla nüvə sanksiyalar qarşısında bir anlaşmaya vardılar. İndi yeni rəhbərlik – Tramp rəhbərliyi İranla qarşı-qarşıya durmağa istəkli kimi görünür. Müqaviləni saf-çürük etmək, aradan qaldırmaq istəyirlər. Bunun qanuni olaraq mümkün olmadığını düşünürəm, çünki bu ikili deyil, çoxtərəfli sazişdir. Demək, sazişlə bağlı Avropa və ABŞ eyni fikirdə deyillər”, – deyə, baş nazir bildirib.

Yıldırım həmçinin qeyd edib ki, son günlərdə ABŞ regionda yeni bir koalisiya yaratmağa çalışır.

“Riyad və Tehran əlaqələrinin uzun zamandır yaxşı getmədiyi də sirr deyil. Bu, birinci amildir. Digər amil isə kiçik ölkələrin bir araya gələrək Qətərə qarşı bir ittifaq yaradır. Amma bu cür mövqelər çox zərərlidir. Regionda onsuz da çox sayda problem var. Suriyada və İraqda vətəndaş müharibəsi gedir, hökumət gücsüzlüyü var, İŞİD var”, – Yıldırım bildirib.

COP29