Yol kənarındakı ağacdan özünü asdı – Bakıda müəmmalı ölüm

Bakıda intihar hadisəsi olub.

Yenicag.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlarında qeydə alınıb. 1979-cu il təvəllüdlü Rüstəm Soltanov yol kənarındakı ağacdan özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Yenicag.Az