!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol polisi ilə Qarabağ əlili əlbəyaxa oldu – Video

!Reklam – Yazi

polis-avBu gün səhər saat 9:00 radələrində “20 yanvar” metro stansiyasının yaxınlığında taksi sürücüləri ilə DYP əməkdaşları arasında insident olub.

99 YP 334 nömrəli DYP maşınından düşən polis əməkdaşı taksi sürücüsünə maşını ərazidən götürməyi tələb edib. Bu zaman taksi sürücüsü ilə polis arasında insident yaranıb. DYP əməkdaşı taksi sürücüsündən maşının açarını tələb edib, sürücü isə maşının açarını verməyəcəyini bildirib.

Əməkdaşımızın çəkdiyi videodan da aydın görünür ki, öz maşınına minmək istəyən taksi sürücüsünü polis əməkdaşı əli ilə itələyir. Bu zaman taxi sürücüsü Qarabağ əlili olduğunu bildirir. Buna cavab olaraq DYP əməkdaşı “Qarabağ əlilliyini əlinizdə bayraq etmisiniz” deyib, yenidən taksi sürücüsünü itələyir. Polislə vətəndaşı hadisə yerində olan insanlar sakitləşdirməyə cəhd göstərirlər, ancaq polis əməkdaşı sakitləşmək bilmir.

Hadisə yerinə digər DYP əməkdaşları gəldikdən sonra hər iki şəxsi sakitləşdirmək mümkün olur. Ad və soyadını deməyən DYP işçisi isə taksi sürücüsünü hədələməkdə, DYP əməkdaşının sözünə əməl etməməyin nə olduğunu ona göstərəcəyini deməkdə davam edir. Sonradan hadisənin telefonla çəkildiyini görən DYP əməkdaşı telefonu əməkdaşımızın əlindən almağa çalışır. Telefonu ala bilmədikdən sonra isə “aparıb evdəkilərə göstərərsiniz”, deyə ondan uzaqlaşır.(ölkə)

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv