!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol polisi partiya sədrini məhkəməyə verdi – “Parkovka”ya görə

!Reklam – Yazi

Avtomobilini yaşadığı binanın həyətində saxlayan partiya sədri buna görə külli miqdarda cərimələnib.

Yenicag.az xəbər verir ki, Dövlət Yol Polisi (DYP) Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlını məhkəməyə verib.

Bu barədə məlumatı jurnalist Əvəz Zeynallı özünün “Facebook” səhifəsində paylaşıb.

“Nemət Pənahlının evinin həyətində avtomobilini saxlamağa qadağa qoyublar. Ya ayda 140 manat “maşınsaxlamahaqqı” verməlisən, ya da hər gün gəlib, maşını saxladığı yerdə şəklini çəkir, cərimə yazırlar.
Cərimələr qalaqlanıb üst-üstə. Bunu ödəmək isə mümkün deyil. İndi ödənilə bilməyən o pulları almaq üçün Nemət Pənahlını məhkəməyə veriblər. Adama deyirlər ki, maşın da sürmə… Bu gün saat 15.00-da Nəsimi rayon məhkəməsində prosesi olacaq”.

www.yenicag.az

2091
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv