Yol polisi qəza törətdi – Xəsarət alan var – VİDEO

Ötən gün saat 14 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonunun ərzisindən keçən hissəsində 99-YP-851 dövlət qeydiyyat nişanlı “BMW” markalı Yol Patrul Xidməti (YPX) avtomobili ilə “VAZ-2106” markalı maşın toqquşub.

Yenicag.az xəbər verir ki, toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib və “VAZ” markalı avtomobildə olan sərnişin yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.