!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol polisi sürücüləri "tələ"yə salır? - VİDEO

!Reklam – Yazi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzinin yanındakı dairədə yol polisi əməkdaşlarının sürücüləri saxlaması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Report”a bildirib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb:

“Bu videogörüntü ilə bağlı tərəfimizdən araşdırmalara başlanılıb. Biz hazırda bilmirik ki, həmin polis əməkdaşı nə səbəbə görə sürücüləri saxlayır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzinin yanındakı dairədə yol polisinin sürücülərə “tələ qurması” ilə bağlı videogörüntü yayılıb. Görüntünü qeydə alan sürücü iddia edir ki, həmin ərazidə xidmət aparan yol polisləri patrul avtomobili ilə dairə boyunca dayanmadan hərəkət edərək onlara yol verməyən sürücüləri saxlayıb məsuliyyətə cəlb edirlər.

www.yenicag.az

1144
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv