Yol polisində daha bir TƏYİNAT

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Yenicag.az-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fəqan İsmayılov Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub./Report/