!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol polisindən alqışlanılası addım

!Reklam – Yazi

Bu gün rayondan gələn mikroavtobuslardan birinin sərnişini Dövlət Yol Polisinin Nəvai postunun yaxınlığında halı pisləşib.

Yenicag.az xəbər verir ki, digər sərnişinlərin müdaxiləsi nəticə vermədiyindən Təcili Tibbi Yardım çağırılıb. Lakin TTY gecikdiyindən yol polisləri olaya müdaxilə etməli olublar. Onlar xəstəni içəri aparıblar. Daha sonra DYP-nin Anar adlı inspektoru xəstəni anası ilə birgə maşına əyləşdirərək 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) çatdırıb. Yolda iki dəfə xəstənin halı pisləşsə də, polis inspektoru müdaxilə edib. Onların çantalarını da özü daşıyan Anar “Semaşko”da işləyən qohum həkimdən yardım istəyib. Təxminən bir saat davam edən tibbi müdaxilə və müayinəni gözləyən inspektor xəstə qohumları ilə birgə xəstəxananı tərk etdikdən sonra oradan ayrılıb.

O, bu qədər yardımın qarşılığında sadəcə, o, “Boş şeydi, mənim də balam var” deyib.

Bu isə onun idarə etdiyi xidməti avtomobilin görüntüsüdü:

www.yenicag.az

3138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv