!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol polisindən sürücülərə növbəti xəbərdarlıq

!Reklam – Yazi

i-1Noyabrın 16-dan etibarən yol polisi əməkdaşlarının keçirdiyi reydlər nəticəsində avtomobilinin şüşələrinə pərdə və jaluz çəkərək idarə edən 150-dən artıq sürücü inzibati qaydada məsuliyyətə cəlb edilib.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədovun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə, bu il cərimələnənlərin sayında azalma var.

Bölmə rəisi qeyd edib ki, 30-a yaxın şikayət də daxil olub. V.Əsədov növbəti dəfə sürücülərə xəbərdarlıq edib: “Saxlanılanlar arasında “məlumatsızam”, “yadımdan çıxıb” deyənlər çoxdur. Bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırmaq istəyirəm ki, söylənilən bu ifadələr sürücüləri məsuliyyətdən azad etmir”.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun bu tələbini pozan sürücülər 150 manat məbləğində cərimə ediləcəklər

Pərdə və plyonkaların istifadəsinə may ayının 1-dən noyabr ayının 15-ə qədər icazə verilir.

 

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv