!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol polisini videoya çəkən sürücülər cəzalandırıla bilərmi? - "Qanunda boşluqlar var"

!Reklam – Yazi

“Bu hal onu göstərir ki, qanunda boşluqlar var və həmin boşluqdan da lazım gələndə hər iki tərəf istifadə edir. Bir qayda olaraq hər hansı bir qanuna əlavə və dəyişiklik ediləndə orada boşluq olduğu üzə çıxır. Məhz həmin boşluğu doldurmaq üçün də əlavə və dəyişikliklər edirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında sabiq polis polkovniki Mahmud Hacıyev deyib:

“Son zamanlar bildiyiniz kimi, qanunlara bir sıra əlavə və dəyişikliklər edildi. Ona əsasən qarşı tərəfin icazəsi olmadan çəkiliş aparmaq olmaz. Məhkəmənin qərarı olmadan çəkiliş aparmaq hüququ verilmirsə, onu etmək hardasa qeyri-qanuni hərəkət hesab olunur. DİN Baş Dövlət Yol Polis İdarəsinin polisə tabesizlik göstərən sürücülərə etdiyi xəbərdarlıqda avtomobilin saxlanılması prosesi zamanı baş verən hadisələrin videosunu çəkərək sosial şəbəkələrdə yayan sürücülərin adının hallanması da yəqin ki, qanuna edilən həmin əlavələrdən qaynaqlanır.

Polisə tabe olmamağa görə sürücüyə tətbiq edilən cəzalar isə sözsüz ki, sərt olmalıdır. Özünüz də sürücülərin hansı oyunlardan çıxdığını gündəlik həyatınızda görürsünüz. Azərbaycanda nədənsə sürücülər tərəfindən qanunlara əməl etməmək şablon xarakteri daşıyır. Cəzalar sərtləşdirilir, cərimələrin miqdarı artırılır, yenə də görürük ki, xeyri olmur. Bu nöqteyi-nəzərdən götürəndə qanunlara tabe olmayan sürücülərə qarşı sərtləşdirmə hökmən olmalıdır”.

Qeyd edək ki, DİN Baş Dövlət Yol Polis İdarəsi yol hərəkəti qaydalarını pozan, yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən və onların videosunu çəkərək sosial şəbəkələrdə yayan sürücülərə xəbərdarlıq edərək, qanunvericilikdə bu hallarla bağlı məsuliyyət nəzərdə tutulduğunu bildirib. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 80 manat cərimə nəzərdə tutulur. Məcəllənin 535.1-ci maddəsində isə qeyd olunur ki, polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir. Ya da bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.

ELÇİN

www.yenicag.az

3135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv