Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yol polisini vuran sürücü həbs edildi

Polis əməkdaşına xəsarət yetirərək məsuliyyətdən yayınmaq istəyən sürücü saxlanılıb.

Bu barədə Yenicag.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən təbliğat üzrə inspektor, polis leytenantı Rüstəm Əhmədli məlumat verib.

O, bildirib ki, “Opel Astra” markalı, 99-NT-712 nömrəli avtomobilin sürücusü, Mingəçevir şəhərində anadan olmuş 1990-cı il təvəllüdlü Məmmədov Şirxan Alik oğlu aşkarlanaraq saxlanılıb.

Saxlanılan zaman sürücünün psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi aşkarlanıb. Sürücünün verdiyi izahat və toplanmış sənədlər Nəsimi rayon məhkəməsinə təqdim edilib.

Məhkəmədə hakim tərəfindən sürücü Məmmədov Şirxan Alik oğlu 2 (iki) ay inzibati həbs və 1 (bir) il sürücülük hüququndan məhrum edilib.

www.yenicag.az

191
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100