!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol polisinin xəbərdarlığına məhəl qoymayan sürücülər qəza törətdilər

!Reklam – Yazi

Bəzi sürücülər Zəfər Günü ilə bağlı yol polisinin xəbərdarlığına məhəl qoymadan məsuliyyətsizlik edib və nəticədə Neftçilər prospektində maddi zərərlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib.

Bunu Yenicag.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, yol polisi Zəfər Günü ilə bağlı tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi üçün intensiv fəaliyyət göstərir: “Lakin bəzi sürücülərin məsuliyyətsizliyi nəticədə qəzalar baş verir, tıxaclar yaranır. Sürücülərə müraciət edərək bildiririk ki, paytaxtın mərkəzi ərazilərinə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edirik. Həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyatdan istifadə etsinlər. Eyni zamanda, Neftçilər prospekti boyu dayanma-durma qaydalarına riayət etsinlər”.

Polis polkovniki qayda pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin görüləcəyi barəsində də xəbərdarlıq edib: “Kütəvi tədbirlər o demək deyil ki, qaydaları pozmaq olar. Yol polisi qaydalara riayət etməyən, dayanma-durmanı pozan sürücülərə qarşı inzibati qaydada tədbirlər görəcək. Bir daha sürücüləri intizamlı olmağa dəvət edir, maksimum dərəcədə şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırırıq”.

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv