Azərbaycanda yol polisinə yeni avtomobillər verildiyini xəbər etmişdik.
Yenicag.az-ın məlumatına görə, artıq “Mercedes” AMG C43 markalı yeni avtomobillər xidmətə hazır vəziyyətə gətirilir.
Maraqlıdır ki, bir müddət əvvəl saytımıza açıqlama verən Bakı şəhər Baş Polis İdarəsi (BPİ) Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumatdan xəbərsiz olduğunu bildimişdi.
Təqdim etdiyimiz foto isə tam əksini deyir.