98403Bakıda əsəbi vətəndaş qanını polisin üzərinə töküb.

Hadisə bu gecə Nəsimi rayonu ərazisində, azadlıq prospektində baş verib. Metronun 28 May stansiyasının yaxınlığında yol polisi ilə vətəndaş arasında münaqişə yaranıb. Polisə etiraz edən kişi damarlarını doğrayıb. Polis ona yaxınlaşanda isə söyərək uzaq durmasını, ona yaxınlaşamamasını tələb edir.

Hadisənin hansı səbəbdən baş verməsi isə məlum deyil. Hadisə şahidi bildirib ki, polis piyadanı yol qaydalarını pozduğuna görə cərimələyib və məhz buna görə həmin kişi özünü doğrayıb.

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, praktikada belə şeylərə çox rast gəlmək olar. Vətəndaş istədiyinə nail olmadıqda özünü kəsməklə bunu etmək istəyir. Bölmə rəisinin sözlərinə görə, belə bir hadisənin baş verməsindən xəbərsizdir. Lakin fakt varsa demək araşdma aparılır.(criminal.az)

 

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."