Yol qəzaları can almağa davam edir

Ötən gün Azərbaycanda baş verən yol qəzalarının sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, oktyabrın 14-də avtomobil yollarında beş yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə beş nəfər ölüb, iki nəfər yaralanıb.