Yol qəzası – Piyada xəstəxanada öldü

Dekabrın 10-da saat 21 radələrində İmişli şəhəri ərazisində Əliqulular kənd sakini V.Cəfərov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən şəhər sakini Yasin Xammədovu vurub.

Nazirlikdən Yenicag.az-a daxil olan məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 11-də orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.