Yol qəzasında ata və azyaşlı qızı xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1988-ci il təvəllüdlü Nağıyev Vamiq İlham oğlu və onun 8 yaşlı övladı Nağıyeva Sərvanə Vamiq qızı xəsarət alıblar. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

COP29