Yol terroru – 5 nəfər öldü

Həftəsonu baş vermiş yol-nəqliyyat hadisələrində ölən və yaralananların sayı müəyyənləşib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, son iki gündə ölkənin avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələri nəticəsində 5 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

Qəzalarda həyatını itirənlərdən iki nəfəri sürücü, üçü isə piyada olub.