!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yolda faciəvi qəza – 5 nəfər xəsarət aldı

!Reklam – Yazi

Bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Qızılburun kəndi ərazisindən keçən hissəsində “Niva” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yenicag.az “Report”a istinadən məlumat veri ki, hadisə zamanı Bakının Qaracuxur sakinləri – 1953-cü il təvəllüdlü Qasımova Rəhilə Məmməd qızı, 1962-ci il təvəllüdlü İsmayılov Həsən Kərim oğlu, 1962-ciil təvəllüdlü Mirzəyev Vidadi Əyyub oğlu, Nərimanov rayon sakini, 1985-ci il təvəllüdlü Aslanov Amid Aslan oğlu və 1977-ci il təvəllüdlü Ucar rayon sakini Cəlilov Hafiz Sabir oğlu xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, Rəhilə Qasımovanın vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Qalanları isə ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv