Sürücü pulsuz insanları maşına mindirdiyi üçün məhkəmə tərəfindən sərt cəzaya məruz qalıb.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, 52 yaşlı uelsli Kennet Semyuels “Ford Focus” markalı avtomobilinə nəzərdə tutulandan çox sərnişin mindirdiyinə görə cəzalandırılıb.
Qeyd olunur ki, dostunu qarşılamaq üçün Kolvin-Bey dəmir yolu vağzalına gedən Kennet geri qayıdanda xeyirxahlığının cəzasını çəkib.
Yolda Kennetin avtomobilini saxlayan yol polisləri əvvəllər rast gəlmədikləri mənzərə ilə rastlaşıblar: sürücü maşına 4-ü uşaq olmaqla, 10 sərnişin yerləşdirib.
Kennetin sözlərinə görə, həmin şəxslərin taksiyə verməyə pulları olmadığı üçün onlara yardım göstərmək istəyib.
Məhkəmə bu yardımın qarşılığında Kenneti ilyarım müddətinə sürücülük hüququndan məhrum edib.