!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Yoldaşım dedi ki, ölüm xəbərin çıxıb” – Faytonçu Nazim

!Reklam – Yazi

“Faytonçu” ləqəbli müğənni Nazim Pişiyari səhhəti ilə bağlı maraqlı açıqlamalar verib.

Yenicag.az xəbər verir ki, “ARB Ulduz” kanalına açıqlamasında o, başına gələn hadisədən və həkim səhvindən danışıb:

“Həkim səhvləri ucbatından mən müəyyən fəsadlarla üzləşdim. Artıq həkimlərimizin köməyilə canımın sağlamlığını tapmışam. Türkiyə və İsraildə müəyyən müayinələr keçdim, müəyyən əməliyyatlarda oldum. Həkim nəzarəti altında qaldım. Onlar məni ayaqüstə saxladılar. Onlar məni ailəmə, anama, yoldaşıma, övladlarıma, dostlarıma qaytardılar. Çox insan hələ də elə düşünür ki, mən onkoloji xəstəyəm. Ancaq vallah məndə heç bir onkoloji xəstəlik yoxdur. Arıqlamağıma səbəb odur ki, birinci həkimin etdiyi əməliyyatda o qədər səhv oldu ki, iki aya yaxın məndə öd öz funksiyasını itirdi. Bədənimdə olan minerallar bayıra axırdı. Dörd saat anesteziyada olmaq da insanın çəkisinə təsir edir. Son əməliyyatım altı saatdan artıq oldu. İsraildəki əməliyyat bir saat yarım çəkdi. Türkiyədə iki əməliyyatım oldu. Kilomu qazanmaqda davam edirəm. Çünki artıq iştahım yerinə gəlib. Yeyirəm, içirəm, gəzirəm. Düşünürəm ki, bir aya kimi məni əvvəlki çəkimdə görərsiz”.

Nazim öz dəyərini xəstəliyə düçar olduğu zaman yaxın bildiyi sənət yoldaşlarının ona olan münasibəti ilə bir daha müəyyən edə bildiyini vurğulayıb:

“Həmkarlarıma sonsuz minnətdaram. Belə gündə insan insanı tanımağa başlayır. Mən həm xalq artistlərimizə, həm əməkdar artistlərimizə, həm də sənətçilərimizə təşəkkürümü bildirirəm. Adi insanlar mənimlə çox maraqlanırdılar. Bilməzdim ki, məni bu qədər dəstəkləyən olacaq”.

O, sosial şəbəkələrdə ölüm xəbərinin yayılmasına da münasibət bildirib:

“Səhər saat doqquzda oyandım. Gördüm ki, həyat yoldaşım başımın üzərində dayanıb. Dedim ki, nolub? Dedi, bir söz deyəcəm sənə. Ancaq istəyirəm ki, bunu normal qəbul edəsən. Deyir, bayaqdan telefonlar susmur, hamı səninlə maraqlanır. Fikirləşdim ki, xəstəliyimlə bağlıdır. Həyat yoldaşım dedi ki, sənin ölüm xəbərin çıxıb. Güldüm və fikirləşdim ki, mən də ölüb dirilənlər siyahısına düşdüm. Evdəkilərin bu xəbərlərə münasibətini görüb pis oldum. Var-dövlət, şan-şöhrət, ay mənim evlərim var, bağlarım var, hamısı nisbidir. İnsanın can sağlığının qarşısında heç nədir. Mənə sual verəndə ki, xoşbəxtliyi nədə görürsüz? Deyirəm ki, can sağlığında”.

www.yenicag.az

1129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv