!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yoldaşlarını döyüş meydanından çıxararkən ağır yaralanan əsgər həyata qayıtdı - FOTO

!Reklam – Yazi

SOCAR-ın “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun əməkdaşı, qazi Ramiz Qasımov hazırda müalicə olunan 1245 yaralı hərbçimizdən biridir.

O, könüllü olaraq Vətən müharibəsinə yollanıb və Cəbrayıl, Qubadlı, Füzuli istiqamətində əks-hücum əməliyyatlarında böyük şücaət göstərib.

Ramiz Qubadlı uğrunda gedən döyüşlərin birində yaralı əsgər yoldaşlarını döyüş meydanından çıxararkən, düşmənin mövqelərimizə atdığı minamyot mərmisinin partlaması nəticəsində özü də ağır yaralanıb.

Bir neçə gün komada qalan R.Qasımov həkimlərin səyi nəticəsində həyata qayıdıb. Sağ qalması üçün bir ayağı amputasiya olunub.

Bildirilib ki, bundan sarsılmayan R.Qasımov “Torpaq, uğrunda ölən varsa, Vətən olur” – deyir.

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv