Yollar bağlanır – “Formula 1” hazırlığı – FOTOLAR

Artıq bir neçə gündür ki, yollarda “Formula 1” yarışları üçün hazırlıq işləri sürətləndirilib. Yeniçağ.az xəbər verir ki, hətta bəzi konstruksiyalar yarış maşınlarının hərəkət edəcəyi zolaqlara düzülüb. Yollarda quraşdırılan maneələr və bardürlərə görə piyada yollarında da müəyyən maneələr yaranıb.

Sərnişin avtomobillərinin hərəkət etdiyi yollarda belə tıxaclar var.

Bakı Şəhər Halqası (BŞH) media nümayəndəliyindən Yeniçağ.az-a bildirilib ki, “Formula -1″lə bağlı görüləcək bütün tikinti işləri iyun ayının əvvəlində tamamilə başa çatacaq:

“Sakinlərin işlərinə maneçilik yaratmamaq üçün işlər gün ərzində iki dövrədə, əsasən həftə sonları həyata keçirilir. Hazırda “Paddok” binasında yarışa nəzarət qülləsi, komandaların qarajlarının və pit binalarıın tikintisi işləri görülür”.

Aygün İlqarqızı
Yeniçağ.az

Fotolar: Cəmalə Əlizadə