Yollar sürüşkəndir: Avtomobillərin hərəkətində çətinliklər yaşanır – FOTO

Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospekti, körpünün üzəri, Qara Qarayev prospekti və “Koroğlu” m/s istiqamətində yolun sürüşkən olması nəqliyyatın hərəkətində sıxlığa səbəb olub.

Yenicag.az xəbər verir ki, bu haqda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Sürücülərdən hərəkət zamanı diqqətli olmaları xahiş olunur.