Yolu həbsxanadan keçən məşhurlar – SİYAHI

hebsedidiesas7Vaxtilə məhkum həyatı yaşayan məşhurlar

Trend vaxtilə məhkum həyatı yaşayan müğənnilərlə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki:

Azərbaycanı ilk dəfə “Eurovision” mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə dostu Elvin Hüseynovu bıçaqladığına görə həbs olunub və iki ilə yaxın dəmir barmaqlıqlar arxasında yatıb.

Bir zamanların məşhur müğənnisi Vüsal Əliyev Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə axtarışda olub və üç il öncə həbs olunub. Sonradan azadlığa çıxan müğənni hazırda şou-biznesdən kənardadır.

Tanınmış rejissor Aqil M.Quliyev 2013-cü ildə 1 il 6 ay müdətinə həbs cəzasına məhkum edilib. Buna səbəb rejissorun aldığı pulu geri qaytarmaması olub.


Daha bir rejissor Ağalar İdrisoğlu da yolu həbsxanadan keçənlərdəndir. A.İdrisoğlu bir qrup şəxslə şəbəkə biznesinə girişərək, vətəndaşları aldatmaqda təqsirli bilinib.


“Azəri qızı” Günelin qardaşı, bəstəkar Tunar Rəhmanoğlu avtoşluq etməsi və polisin qanuni tələblərinə riayət etməməsi səbəbindən 10 gün müddətinə həbs cəzasına məhkum olunub.


Tanınmış reper Elşad Xose isə narkotikdən müntəzəm istifadə etdiyinə görə həbs olunub və bir müddət məhkum həyatı yaşayıb.


Daha bir reper, mərhum Hüseyn Dərya da narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb. Bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunan reper 2014-cü ilin martında dünyasını dəyişib.